"Araz Naxçıvan"dan növbəti qələbə

16:30 - 9 Fevral 2014

"Neftçala" yenə "Agsu"yla bacarmadı 
 
 
Bu gün 1-ci divizonda 16-cı tura üç qarşılaşma yekun vurulub.
 
Sportal.az xəbər verir ki, lider “Araz Naxçıvan” səfərdə “Bakılı” ilə qarşılaşıb. 12-ci dəqiqədə Bəxtiyar Soltanovun vurduğu top Naxçıvan təmsilçisinə qələbə qazandırıb. Turnir cədvəlinin üçüncü pilləsində qərarlaşan  “Neftçala” isə “Ağsu”nun qonağı olub. Gərgin keçən oyunda meydan sahibləri çətinliklə qələbə qazanıb. 
 
 
“Bakılı” – “Araz Naxçıvan”  0:1
Qol: Bəxtiyar Soltanov, 12,
 
“Ağsu” – “Neftçala”  3:2
Qollar: Fərrux Əliyev, 19; Qalib Əmrahov, 45; Elvin Cəbrayıllı, 74 // Ceyhun Abdullayev, 21; Məhəmməd Alıyev, 56
 
MOİK – “Şəmkir”  2:2
Qollar: Turan Tahirzadə, 49; Azad Kərimov, 85 // Anar Rzayev, 46; Rafəddin Hüseynov, 52
 

Xəbər xətti