"Mən çox istərdim ki, "Neftçi" azarkeşləri də bu matçı izləsinlər" VİDEO

19:06 - 9 Fevral 2014

Mustafa Dənizli: "Qırmızı vərəqəni hava şəraiti imkan vermədiyi üşün görə bilmədim"

 

"Bizim oyunumuza qazandıq, yoxsa uduzduq demək çətindir. Rəqibə qol imkanı yaratmadan, 2-0 geriyə düşdük.  Oyuna gərgin başladıq. Bu "Neftçi"yə qarşı ilk oyunum idi, matçın psixologiyasını bilmirdim. Buna baxmayaraq oyundakı vəziyyəti dəyişdik. Bu da "Neftçi"yə qarşı oyunda bizim üçün yaxşı haldır.  Qəbul edirəm ki, "Neftçi" daha ağıllı şəkildə ötürmələr etdi.Qırmızı vərəqəni hava şəraiti imkan vermədiyi üşün görə bilmədim."

 

Sportal.az xəbər verir ki, bu sözləri "Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizli deyib. Dənizli "Neftçi" azarkeşlərinə də ismarıc göndərib:

 

"Bu hala çox təəssüf edirəm. Azarkeşsiz derbi olmaz. Mən çox istərdim ki, "Neftçi" azarkeşləri də bu matçı izləsinlər. Əgər "Neftçi" azarkeşləri gəlsəydi, o zaman əsl derbi abu-havası hiss olunacaqdı. Futbol azarkeşlər üçün oynanılar və onlarla daha gözəldir. Eyni zamanda "Xəzər Lənkəran" azarkeşlərini də "Neftçi" ilə səfər oyununda görmək mənə xoş olar. İnanıram ki, bu məsələ bir daha müzakirə olunacaq və həlli yolunu tapacaq."

 

Xəbər xətti