Mahir Şükürov sındırdı, "Xəzər Lənkəran" ödəyəcək

13:32 - 10 Fevral 2014

Azarkeşlər "Xəzər Lənkəran"ı 4 min manat ziyana saldılar
 
"Böyük oyun" zamanı Lənkəran şəhər stadionunda oturacaqlar sındırıldı, oyundan sonra geyinib-soyunma otağının qapısının şüşələri yerlə bir olundu.
 
"Böyük oyun" "Xəzər Lənkəran"ı nə qədər ziyana saldı? sualını stadionun direktoru Höccət Hacıyev Sportal.az-a açıqladı:
 
"150-yə yaxın tribunada oturacaq sındırılıb, ondan sonra "Neftçi"nin futbolçusu Mahir Şükürov geyinib-soyunma otağındakı giriş qapısındakı və digər şüşələri sındırıb. Sözsüz ki, onun sındırdığı şüşələrinin dəyərini "Xəzər Lənkəran" ödəyəcək. Ümumilikdə, təxminən 4 min manata yaxın stadiona ziyan dəyib".
 
Klub rəsmisi oyun haqqında fikirlərini də bildirib:
 
" Maraqlı oyun keçdi, hava şəraiti dumanlı olsa da, qollu oyun oldu. Elə oyunun ədalətli nəticəsi heç-heçə idi. Bu oyuna maraq böyük idi, əslində yaxşı olardı ki, "Xəzər Lənkəran" azarkeşləri ilə yanaşı "Neftçi" fanatları da oyunu sivil vəziyyətdə izləyərdi. Belə oyunlarda qalmaqalın olması normaldır. Oyunun yayımlanmaması ilə bağlı bir söz deyə bilmərəm, buna klub rəhbərləri cavab versə, daha yaxşı olar".

Xəbər xətti