"Sumqayıt" yeni almanını təqdim etdi

00:43 - 11 Fevral 2014

Frank Bernhardt akademiyanın məşqçi heyəti ilə görüşüb
 
AFFA-nın İcraiyyə Komitəsinin 2013-cü il dekabrın 18-də keçirilmiş iclasında qəbul olunmuş müvafiq qərara uyğun olaraq, Azərbaycan Premyer Liqasında çıxış edən bir neçə klubda artıq uşaq və yeniyetmə futbolu ilə bağlı fəaliyyət göstərmək üçün AFFA tərəfindən idman direktoru təyin olunub.
 
Sportal.az xəbər verir ki, fevralın 1-dən etibarən "Sumqayıt" Futbol Klubunda idman direktoru kimi işinə başlayan Frank Bernhardt akademiyanın məşqçi heyəti ilə görüşüb.
 
Görüş daha çox tanışlıq xarakteri daşıyıb. Tədbir zamanı məşqçilərlə fikir mübadiləsi aparılıb.

Xəbər xətti