"Lənkəranlı azarkeşlərin təzahüratları bizə təsir etmədi" MÜSAHİBƏ

14:07 - 11 Fevral 2014

Rəşad Sadiqov: "Rəhim Həsənovun niyyətini Allahdan başqa heç kim bilməz"
 
 
"Neftçi"nin kapitanı Rəşad Sadiqovun Sportal.az-a müsahibəsi:
 
- “Xəzər Lənkəran”la matçda son anda qələbəni əldən verdiniz..
- Sonradan iki qol buraxmağımızda şişirdiləsi bir şey yoxdur, bu futboldur, hər şey ola bilər.  Amma bu oyunda qələbə də qazana bilərdik, amma oyunun sonlarında hakim səhvləri buna mane oldu.
 
- Səncə, hakim oyunun sonlarında qərəzli səhvlər etdi?
- Onu mən deyə bilmərəm. Rəhim Həsənovun niyyətini Allahdan başqa heç kim bilməz.
 
- Bu bir xalı “Neftçi” üçün uğur saymaq olar?
- Yox, çünki bu oyunda biz iki xal itirdik.  Çünki hesabda iki top fərqi ilə öndə idik, sonlarda iki top buraxaraq qələbəni əldən verdik.
 
- “Neftçi” bu oyunda daha aqressiv oyun göstərir. Bunun səbəbi nədir?
- Belə oynamaq daha yaxşıdır. Bu da qələbə qazanmaq istəyimizdən irəli gəlir. Hər bir oyunda aqressiv olmalısan.
 
- Bəlkə azarkeşlərin təzyiqi sizə təsir etdi?
- Yox, azarkeşlərin təzyiqi və ya təzahüratları bizə təsir etmədi.
 
- Növbəti oyun “Bakı” ilə qarşılaşacaqsınız və heyətdə yetəri qədər ciddi itkilər var...
- Düzdür, heyətimizdə 4 ciddi itki var. Ancaq onları əvəzləyə biləcək futbolçular da var. Çətin oyun olacaq, bu oyunda sırf 3 xal üçün mübarizə aparacağıq.
 
Yusif HÜSEYN

Xəbər xətti