"Böyük oyun"un cəzaları ağır oldu: "Neftçi"yə 40 min manata qədər cərimə

15:06 - 11 Fevral 2014

Nizam İntizam komitəsinin qərarları
 
Bu gün Premyer Liqanın 20-ci turunda baş vermiş nöqsanlar araşdırlıb. 

Sportal.az Nizam İntizam komitəsinin qərarlarını təqdim edir:
 
08 fevral 2014-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasının XX turunun AZAL – “Sumqayıt” matçında AZAL klubunun 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 1000 manat cərimə olunur
 
08 fevral 2014-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasının XX turunun “Qəbələ” – “Qarabağ” matçında “Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 1000 manat cərimə olunur 
 
Oyunun 80-ci dəqiqəsində “Qəbələ” klubunun azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunur. 
08 fevral 2014-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasının XX turunun “Rəvan” – “İnter” matçında hər iki klubun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur 
 
Oyunun 44-cü dəqiqəsində “Rəvan” klubunun 19 №-li futbolçusu Hüseyn Axundov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur 
 
08 fevral 2014-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasının XX turunun “Xəzər Lənkəran” – “Neftçi” matçının 77-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunur 
 
Oyunun 89-cu dəqiqəsində “Neftçi” klubunun 4 №-li futbolçusu Tərlan Quliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur..
 
Oyunun 90+4-cü dəqiqəsində “Neftçi” klubunun 2 №-li futbolçusu Karlos Kardoso aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 4000 manat cərimə olunur 
 
Oyunun 90+4-cü dəqiqəsində “Neftçi” klubunun 16 №-li futbolçusu Bruno Bertuççi aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 4000 manat cərimə olunur 
 
Oyunun 90+4-cü dəqiqəsində “Xəzər Lənkəran” klubunun 55 №-li futbolçusu Ağabala Ramazanov rəqibə qarşı təhqiredici jestə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunur 
 
Oyunda “Neftçi” klubunun 22-li futbolçusu Mahir Şükürov azarkeşlərə təhqiredici jest göstərdiyinə görə 3 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunur 
 
Oyundan sonra “Neftçi” klubunun futbolçuları dəhlizdə stadionun bir neçə inventarını sındırmışdır. Bu səbəbdən stadion rəhbərliyinin təqdim edəcəyi hesab əsasında “Neftçi” klubu ödəmə etsin.
 
“Neftçi” klubunun vitse-prezidenti Tahir Süleymanov KİV-də AFFA əməkdaşlarının (FIFA hakimi Əliyar Ağayev və FIFA hakimi Rəhim Həsənov) şərəf və ləyaqətinə xələl gətirən müsahibə verdiyinə görə adıçəkilən şəxs 10 oyunluq cəzalanır, klub 20000 manat cərimə olunur. Verilmiş cəza adıçəkilən şəxsin mövcud cəzasının üzərinə əlavə edilir. 
 
07 fevral 2014-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XX turunun “Rəvan” – “İnter” matçında “İnter” klubunun 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 500 manat cərimə olunur 
 
07 fevral 2014-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XX turunun “Qəbələ” – “Qarabağ” matçında “Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 500 manat cərimə olunur
 
08 fevral 2014-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XX turunun “Simurq” – “Bakı” matçında “Bakı” klubunun 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 500 manat cərimə olunur 
 
Oyunun 76-cı dəqiqəsində “Bakı” klubunun 38 №-li futbolçusu Tural Qürbətov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur 
 
07 fevral 2014-cü il, 2013/2014 mövsümündə, Azərbaycan I divizionun XVI “Energetik” – “Qaradağ Lökbatan” matçında hər iki klubunun 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klublar 100 manat cərimə olunur 
 
08 fevral 2014-cü il, 2013/2014 mövsümündə, Azərbaycan I divizionun XVI “Şahdağ” – “Göyəzən” matçında “Şahdağ” klubunun 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 100 manat cərimə olunur 
 
08 fevral 2014-cü il, 2013/2014 mövsümündə, Azərbaycan I divizionun XVI “Şüşa” – “Turan-T” matçında “Şuşa” klubunun 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 100 manat cərimə olunur 
 
Oyunun 87-ci dəqiqəsində “Şuşa” klubunun 20 №-li futbolçusu Məhəmməd Xəlilov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur 
 
Matçın 90+1-ci dəqiqəsində “Şuşa” klubunun baş məşqçisi Nadir Qasımov hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 5 oyunluq cəzalanır, klub 500 manat cərimə olunur 
 
09 fevral 2014-cü il, 2013/2014 mövsümündə, Azərbaycan I divizionun XVI MOİK – “Şəmkir” matçında “Şəmkir” klubunun 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 100 manat cərimə olunur
 
Matçın 82-ci dəqiqəsində MOİK klubunun baş məşqçisi Namiq Adilov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur 
 
Oyunun 90+2-ci dəqiqəsində MOİK klubunun 14 №-li futbolçusu Cavid Həziyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur
 
09 fevral 2014-cü il, 2013/2014 mövsümündə, Azərbaycan I divizionun XVI “Bakılı” – “Araz-Naxçıvan” matçında “Bakılı” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur 
 
09 fevral 2014-cü il, 2013/2014 mövsümündə, Azərbaycan I divizionun XVI “Ağsu” – “Neftçala” matçında “Neftçala” klubunun 6, “Ağsu” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 100 manat cərimə olunur 
 
AZAL klubu PFL-ə mürəciət edərək Topaz Premyer Liqasının XVI turunun AZAL – “Rəvan” matçınının 90+2-ci dəqiqəsində AZAL klubunun 2 №-li futbolçusu Xuan Fransiskoya göstərilmiş sarı vərəqənin səhvən matçın protokolunda AZAL klubunun 15 №-li futbolçusu Oskars Klavanın adına qeyd edildiyini bildirmişdir. İntizam Komitəsi matçın videoyazısını izlədikdən sonra həqiqətən də oyunun 90+2-ci dəqiqəsində hakimin AZAL klubunun 2 №-li futbolçusu Xuan Fransiskonu sarı vərəqə ilə cəzalandırıldığı aşkar edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq İntizam Komitəsi aşağıdakı qərarı qəbul edir:
 
AZAL – “Rəvan” matçınının protokolunda AZAL klubunun futbolçusu Oskars Klavaya yazılmış sarı vərəqə onun adından silinsin və klubun digər futbolçusu Xuan Fransiskonun adına əlavə edilsin.
 
Bu hadisə ilə bağlı Hakimlər Komitəsi matçın hakimləri haqqında lazımi  ölçü götürüb İntizam Komitəsinə məlumat versin.
 
03 fevral 2014-cü il U-17 ölkə kubokunun “Bakı” – AZAL matçının 78-ci dəqiqəsində “Bakı” klubunun 4 №-li futbolçusu Ülvi Əliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır 
 
06 fevral 2014-cü il U-16 Liqasının “Əlincə” – “Qəbələ” matçının 61-ci dəqiqəsində “Qəbələ” klubunun 4 №-li futbolçusu Elvin Dəmirov komanda yoldaşını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır.
 
08 fevral 2014-cü il U-16 Liqasının “Sumqayıt” – “Şahdağ” matçının 62-ci dəqiqəsində “Sumqayıt” klubunun 2 №-li futbolçusu Tural Fətdayev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır 
 
08 fevral 2014-cü il U-15 Liqasının “Vətən” – “Simurq” matçının 58-ci dəqiqəsində “Vətən” klubunun 10 №-li futbolçusu Nəbi Nəbizadə kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır 
 
08 fevral 2014-cü il U-15 Liqasının “Bakı” – “Lokomotiv” matçının 65-ci dəqiqəsində “Lokomotiv” klubunun baş məşqçisi Nurəddin Məmmədov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır 

Xəbər xətti