"Liverpul" Qəbələyə gəlir

11:31 - 12 Fevral 2014

III Qəbələ Kubokunda iştirakçılar məlum olur

 

Qəbələdə 15 yaşa qədər futbolçular arasında keçiriləcək III Beynəlxalq Qəbələ Kubokunun hazırlıqlarına start verilməsi və turnirdə iştirak üçün bir neçə tanınmış kluba dəvət göndərilmişdi.

 

Sportal.az klubun rəsmi saytın aistinadən xəbər verir ki, artıq dəvət alan daha bir klub – İngiltərə "Liverpul"u turnirdə iştirakını rəsmi şəkildə təsdiqləyib.

 

Xatırladaq ki, buna qədər "Fənərbaxça" (Türkiyə) və "Lokomotiv" (Moskva, Rusiya) III Qəbələ Kubokunda iştirak  barədə rəsmi razılıq vermişdi.  29 may – 01 iyun tarixlərinə baş tutacaq turnirin digər iştirakçılarının adları da yaxın müddətdə müəyyənləşəcək. 

Xəbər xətti