"Hamı dildə qardaş deyir, meydanda qardaş yox, rəqibik"

13:38 - 12 Fevral 2014

Ruslan Əmircanov: "Rəvan"ı heç də zəif komanda saymaq olmaz"
 
"Bizim qol şanslarımız daha çox oldu. əsasən də birinci hissədə. Baxmayaraq ki, “Rəvan” qırmızı vərəqə almışdı, onlar da bizim qapımızda təhlükəli epizodlar yarada bilirdilər. Biz qələbə qazanmaq üçün bütün komanda ilə irəli atılırdıq, onlarda əks hücumda fərqlənirdilər.  Biz bilirdik ki, 1:0 hesabı sürüşkən hesabdır, hər an hesab dəyişə bilər. Hesab bərabərləşəndən sonra rəqib bizi az imkan verirdi ki, təhlükəli epizod yaradaq.  “Rəvan”ı heç də zəif komanda saymaq olmaz, bu gün bir daha bunun şahidi olduq". 
 
Bu sözləri Sportal.az-a açıqlamasında "İnter"in müdafiəçisi Ruslan Əmircanov bildirib. O, "Simurq"la oyun haqqında da fikirlərini də bildirib.
 
“Hamı elə deyir biz “Simurq”la qardaşıq. Amma əvvəlki dövrələrdə onların bizlə necə oynadıqlarını siz də gördünüz. Hamı dildə qardaş deyir, meydanda qardaş yox rəqibik. Zaqatalaya bizə lazım olan üç xal dalınca gedirik və bu nəticəni əldə edəcəyik".

Xəbər xətti