17-ci turun iki oyunu təxirə salındı

Hər iki matş 26 mart tarixində oynanılacaq
 
Futbol üzrə Azərbaycan I Divizionunda 17-ci turun iki oyunu təxirə salındı.
 
Sportal.az xəbər verir ki, “Bakılı” və “Şuşa” klubları PFL-ə müraciət edərək Çimərlik futbolu üzrə Azərbaycan yığma komandasının heyətində bir neçə futbolçusunun təlim-məşq toplanışı üçün ölkə xaricinə səfər edəcəyini və bu səbəbdən də 17-ci turun görüşlərinin başqa vaxta keçirilməsini xahiş etmişdir. Yuxarıda göstərilənləri, həmçinin, əsasnamənin 3.15 bəndini nəzərə alaraq “Şəmkir” – “Bakılı” matçı 14 fevral 2014-cü il tarixindən və “Qaradağ Lökbatan” – “Şuşa” matçı 15 fevral 2014-cü il tarixindən ehtiyat gün olan 26 mart 2014-cü il tarixinə keçirilmişdir.
 
26 mart (çərşənbə)
 
“Şəmkir” – “Bakılı”
 
“Qaradağ Lökbatan” – “Şuşa”
 
Tarix: 12 Fevral [18:19]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
15 Noyabr 2018
14  Noyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio