"Qəbələ" "Xəzər Lənkəran" üçün hazırlaşır

12:47 - 13 Fevral 2014

Komanda tam heyətlə davam edir
 
"Qəbələ"-"Qarabağ" (0:1) matçının ardından 2 gün istirahət edən "qırmızı-qaralar"  fevralın 11-dən etibarən növbəti - XXI turun hazırlıqlarını davam etdirir. 
 
Sportal.az xəbər verir ki, doğma divarlar arasında "Xəzər Lənkəran"ı qəbul edəcək "Qəbələ" matça gündəlik bir məşqlə hazırlaşır.  Yuri Syominin rəhbərliyi altında baş tutan hazırlıq prosesinə komanda tam heyətlə qatılır. Heyətdə sarı və ya qırmızı kart cəzalısı yoxdur. 
 
Xatırladaq ki, "Qəbələ"-"Xəzər Lənkəran" matçı fevralın 15-də saat 15:00-da baş tutacaq. Qarşılaşma "İdman Azərbaycan" telekanalı vasitəsilə canlı yayımlanacaq. 

Xəbər xətti