"Simurq" - "İnter" matçı satılıb?

14:01 - 14 Fevral 2014

Qarşılaşmaya pul qoyuluşu dayandırıldı
 
Premyer Liqanın 21-ci turunda "Simurq" doğma divarlar arasında"İnter"i qonaq edəcək.
 
Sportal.az xəbər verir ki, bu gün səhər saatlarında "etopaz.az" saytında bu oyunun əmsalları təqdim olunsa da, sonradan proqramdan çıxarılıb.
 
Görünür, oyunun heç-heçə başa çatacağı yönündə çıxan xəbərlər öz təsdiqini tapır.
 
Qeyd edək ki, proqramda “Simurq”un qələbəsində 2.70, heç-heçəyə 3.00, “İnter”in qalibiyyətinə isə 2.25 əmsalı verilmişdi.

Xəbər xətti