"Müdafiədə diqqətsiz oynadıq, səhvlər də məğlubiyyəti gətirdi"

18:17 - 15 Fevral 2014

Yuri Syomin: "Buraxılan ilk qoldan sonra komanda əsəbi oynadı, oyuna nəzarəti itirdik"

 

“İki fərqli hissə gördük. İlk hissədə həm hesab, həm oyun bizi qane etdi. İkinci hissədə buraxılan ilk qoldan sonra komanda əsəbi oynadı, oyuna nəzarəti itirdik".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Yuri Syomin deyib. Syomin yenə də Marat İzmaylova təriflər yağdırıb:

 

"Müdafiədə diqqətsiz oynadıq, səhvlər məğlubiyyətə gətirdi. Marat İzmaylov ağıllı ötürmələr verir. Subotiçin ikinci qolunda ötürməni də İzmaylov vermişdi. Ona görə də onu əvəzləmək istəmədim”.

Xəbər xətti