Bundesliqa: "Bavariya" - "Frayburq" 4:0 VİDEO

02:03 - 16 Fevral 2014

"Şalke" səfərdən üç xalla qayıtdı
 
Almaniya çempionatnda 21-ci turun növbəti görüşləri keçirilib.
 
Sportal.az xəbər verir ki, ikinci oyun günündə daha altı görüş baş tutub.
 
"Bavariya" "Frayburq"u, Dortmund "Borussiya"sı isə "Ayntraxt"ı darmadağınla yola salıb. "Hamburq" səfərdə "Braunşveyq"ə, "Ştuttqart" isə "Hoffenhaym"a uduzub. Münhenqladbax "Borussiya"sı səfərdə "Verder"lə sülh bağlayıb. "Bayer" isə evdə "Şalke"yə məğlub olub.
 
15 fevral
 
"Bavariya" - "Frayburq"  4:0
Qollar: Dante, 19, Şaqiri, 34, 42, Pisarro, 88.
 
"Borussiya" (Dortmund) - "Ayntraxt"  4:0
Qollar: Aubameyanq, 10; 20, Levandovski, 47-pen, Yoyiç, 68.
 
"Braunşveyq" - "Hamburq"  4:2
Qollar: Kumbela, 51; 61; 85, Hoşçeydt, 90 - Lasoqqa, 23, İliçeviç, 76.
 
"Hoffenhaym" - "Ştuttqart"  4:1
Qollar: Şipplok, 12; 66, Volland, 49, Firmino, 90-pen - Rudiger, 78.
 
Verder - Borussiya (Mühenqladbax)  1:1
Qollar: Obranyak, 88 - Raffael, 6.
 
"Bayer" - "Şalke"  1:2
Qollar: Santana, 67-öz qapısına - Qoretska, 28, Huntelaar, 74.

Xəbər xətti