"Qəbələ" Danimarka təmsilçisini darmadağın etdi

15:10 - 16 Fevral 2014

Komanda Antalyada hazırlıqlarını davam etdirir
 
Fevralın 7-dən etibarən Türkiyənin Antalya şəhərində hazırlıqlarını davam etdirən "Qəbələ"nin 15 yaşa qədər futbolçulardan ibarət komandası təlim-məşq prosesi çərçivəsində növbəti yoxlama oyununu keçirib.  
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "qırmızı-qaralar" ikinci matçda  Danimarkanın HB Koge (U-15) kollektivi ilə qarşılaşıb. Qarşılaşma "Qəbələ"nin 3:0 hesablı qalibiyyəti ilə yekunlaşıb. "Qırmızı-qaralar"ın heyətində  Fərid Nəbiyev və Allahverdi Əsədov (2) fərqlənib.  Xatırladaq ki, Hüseynqulu Quliyevin yetirmələri ilk matçda İsveçrənin "Dietikon" kollektivi ilə üz-üzə gəlmişdi. Matç sülhlə bitmişdi - 4:4. 
 
"Qəbələ" növbəti sınaq oyununda  fevralın 17-i  Şotlandiyanın U-15 millisi ilə münasibətlərinə aydınlıq gətirəcək.

Xəbər xətti