"Xəzər Lənkəran"la qarşılaşmadan sonra bu oyuna motivatsiya ola bilmədik"

15:26 - 16 Fevral 2014

Elvin Yunuszadə: "Əslində belə məqamlarda onu ruhdan salmaq yox, daha da dəstək vermək lazımdır"

 

"İlk dəqiqələrdə oyunumuz pis alınmadı. Yaxşı qol vurmaq imkanlarımız oldu. Futbolda yazılmamış qanun var. Vurmayana vurarlar. Melvin Platye real qol şanslarından birini dəyərləndirsəydi, oyun tam başqa məcrada gedəcəkdi".

 

Bu sözləri Sportal.az-a açıqlamasında "Neftçi"nin müdafiəçisi Elvin Yunuszadə deyib. Yunuszadə "Bakı"ya mübarizə apararaq uduzduqlarını qeyd edib:

 

"Düzdü, hücumçunun vəzifəsi qol vurmaqdı. Onu da qınamaq olmur. Hardasa oyun praktikasından əziyyət çəkir. Əslində belə məqamlarda onu ruhdan salmaq yox, daha da dəstək vermək lazımdır. Belə hadisə hər bir futbolçunun başına gələ bilər. Onu bu durumdan çıxartmaq kollektiv şəkildə iş görməliyik. Onun özünə gəlməsi lazımdı. "Bakı" ilə oyunumuz həmişə çətin keçib. "Xəzər Lənkəran"la qarşılaşmadan sonra bu oyuna motivatsiya ola bilmədik. O ki qaldı bir neçə aparıcı oyunçumuzun oynamamasına, əslində yoxluqları hiss olundu. Onların yerinə meydana çıxanlar da əllərindən gələni etdilər. Əslində biz "Bakı"ya qarşı mübarizə aparıb uduzduq".

Xəbər xətti