"Qarabağ"da ciddi itki

00:05 - 17 Fevral 2014

Qara Qarayev cəzalı duruma düşüb
 
"Qarabağ" ciddi itki ilə üzləşib.
 
Sportal.az xəbər verir ki, baş məşqçi Qurban Qurbanov Qara Qarayevin xidmətindən məhrum olub. Belə ki, gənc müdafiəçi cəzalı duruma düşüb. AZAL-la oyunun start heyətində yer alan Qara 68-ci dəqiqədə qeyri-idman hərəkətinə cəzalanıb və vərəqə limitini doldurub. Bu səbəbdən o, "Rəvan"la oyununu buraxacaq.
 
Qeyd edək ki, Qara bundan əvvəl "Qəbələ", AZAL və "Neftçi" matçlarında sarı vərəqə almışdı.

Xəbər xətti