BİABIRÇILIQ Emin Mahmudov Elxan Məmmədovu yalançı çıxartdı

11:53 - 17 Fevral 2014

Futbolçu yığmamızda oynamaqdan imtina etdi
 
Rusiyanın “Krılya Sovetov” klubunun futbolçusu Emin Mahmudov Azərbaycan millisində çıxış edəcəyi barədə xəbərləri təkzib edib.
 
Sportal.az xəbər verir ki, bu barədə 22 yaşlı yarımmüdafiəçi klubun rəsmi televiziyasına müsahibəsində bildirib.
 
Mahmudov hazırda əsas diqqətini Samara komandasında möhkəmlənməyə yönəltdiyini vurğulayıb.
 
Onun Azərbaycan millisinə cəlb olunmasının mümkünlüyü barədə açıqlamanı AFFA-nın baş katibi Elxan Məmmədov jurnalistlərə açıqlamasında deyib.
 
Qeyd edək ki, “Krılya Sovetov” Emin Mahmudovun transfer hüququnu yanvarın 31-də Moskva “Spartak”ından alıb. 
 
Lent.az

Xəbər xətti