Gürcüstandan AFFA-ya müəmmalı zəng ÖZƏL

13:52 - 17 Fevral 2014

"Elçin Məmmədovun özünü FİFA-nın təlimatçısı kimi təqdim etməyə haqqı çatmır"
 
Bir müddət əvvəl hakimlikdən uzaqlaşdırılan Elçin Məmmədov Gürcüstanda seminar keçib. Məmmədov Azərbaycan mətbuatına seminara Gürcüstan Futbol Federasiyası tərəfindən dəvət aldığını bildirmişdi.
 
Sportal.az-ın əldə etdiyi məlumata görə Elçin Məmmədovun söylədikləri həqiqəti əks etdirmir. Belə ki, bu günlərdə AFFA-ya və Hakimlər Komitəsinin sədri Xaqani Məmmədova müammalı zəng gəlib. Xaqani Məmmədov zənglə bağlı fikirlərini bizim saytla bölüşüb:
 
"FİFA-dan bizə etiraz məktubu gəlməyib. Bu məsələ ilə bağlı Gürcüstanın Hakimlər Komitəsinin sədri mənə zəng etdi və bu barədə etirazını bildirdi. O dedi ki, "nə haqla Elçin Məmmədov gəlib hakimlərimizə seminar keçir?". Mən də dedim ki, onu biz göndərməmişik, sizin Futzal Federasiyası dəvət edib. Onlar onu televiziyada FİFA-nın instrukturu kimi təqdim ediblər. Səhv məlumatdı. Elçin Məmmədovun özünü FİFA-nın təlimatçısı kimi təqdim etməyə haqqı çatmır".
 
Bu videodan görünür ki, aparıcı beynəlxalq dərəcəli hakimimizi FİFA-nın instrukturu kimi təqdim edir.

Xəbər xətti