Sxadadze "Neftçi"ni məğlub etməyə söz verdi VİDEO

14:47 - 18 Fevral 2014

"Dənzli komandanı işlək vəziyyətə gətirib"
 
Azərbaycan teleməkanında qısa zamanda populyarlıq qazanan "TOP TOP" verilişi növbəti buraxılışı ilə tamaşaçıların görüşünə gəlib.
 
Sportal.az xəbər verir ki, "TOP TOP"un bu sayı da Azərbaycan və dünya futbolunda baş verən ən maraqlı futbol hadisələrinə həsr olunub. Proqramın bu dəfəki qonaqları "İnter" komandasının baş məşqçisi Kaxaber Sxadadze, klubun mətbuat katibi Səbuhi Məmmədov, "Bosman" Azarkeş Qrupunun rəhbəri Mirhafiz Babayev və daimi ekspert Elnur Əşrəfoğlu olub. "TOP TOP"da  Azərbaycan futbolunun hazırki durumu müzakirə edilib, Premyer Liqanın oyunları barədə söhbət açılıb. Kaxaber Sxadadze proqramda "Simurq" klubu ilə "qardaşlıq"dan, "Neftçi"yə qarşı keçiriləcək oyundan və digər maraqlı mövzulardan danışıb. "Bosman" Fan Klubunun rəhbəri Mirhafiz Babayev "Xəzər Lənkəran" azarkeşlərinin bu mövsüm ən əsas istəyindən söhbət açıb. Azarkeşlərin rumın məşqçi Mirça Rednikə olan böyük rəgbətini xüsusi vurğulayıb. "TOP TOP" verilişinin daimi eksperti Elnur Əşrəfoğlu da proqramda bir çox məqamlara toxunub. Əşrəfoğlu Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun son açıqlamalarından danışaraq, "Qəbələ"nin son matçlardakı uğursuzluğunun səbəblərini bildirib.  Həmçinin futbol həvəskarlarının canlı yayımda göndərdikləri bütün suallar da cavablandırılıb. Bir sözlə teleməkanda az müddətdə populyarlıq qazanan futbol proqramını izləməyə dəyər. "Top-top"un videoyazısını sizə təqdim edirik:

Xəbər xətti