"Neftçi" klubu azarkeşlərinə səsləndi

23:03 - 18 Fevral 2014

"Azarkeşləri stadiona dəvət edirik"
 
"Neftçi" azarkeşlərinə müraciət edib.
 
Sportal.az xəbər verir ki, klub rəhbərliyi azarkeşləri "İnter"lə oyuna dəvət edib:
 
 "Neftçi" PFK 19.02.2014-cü il tarixdə Topaz Premyer Liqasının XXII turu çərçivəsində “İnter” PİK-i qəbul edəcək. “Bakcell Arena”da keçiriləcək oyun bizdən asılı olmayan səbəblərə görə televiziya vasitəsilə birbaşa yayımlanmayacaq. Bu səbəbdən də komandamızın sadiq azarkeşlərini stadiona dəvət edərək, “Neftçi”ni dəstəkləməyə çağırırıq. 19.02.2014-cü il tarixdə keçiriləcək “Neftçi” PFK - “İnter” PİK matçı saat 16.00-da başlayacaq".

Xəbər xətti