Kaxaber Sxadadze: "3 xalı itirdiyimizi düşünürəm"

19:08 - 19 Fevral 2014

"Çox maraqlı çempionat gedir, son turlara kimi mübarizə davam edəcək"

 

“Maraqlı və sürətli oyun oldu. Azarkeşlərin bu oyundan zövq aldığını düşünürəm. Oyunu taktiki cəhətdən yaxşı qurmuşduq, rəqib topla yaxşı rəftar edir, onlara rahat oynamaq üçün boş sahə vermədik".

 

Sportal.az xəbər verir ki, bu sözləri "İnter"in baş məşqçisi Kaxaber Sxadadze deyib. Sxadadze çempionatın maraqlı getdiyini bildirib:

 

“Neftçi” qol buraxdıqdan sonra toparlana bildi, bu da komandanın gücünü göstərir. Çox maraqlı çempionat gedir, son turlara kimi mübarizə davam edəcək. “Bakı” ilə oyuna kimi bərpa olunmaq üçün çox az vaxtımız var. Komandaya oyuna görə təşəkkür edirəm. Bu vəziyyətdə 3 xalı itirdiyimizi düşünürəm”. 

Xəbər xətti