Yaşar Seyidov: "Lans" - "Monako" matçı Bakıda baş tuta bilər"

00:06 - 21 Fevral 2014

"Klubların Fransa Futbol Federasiyasına müraciət edib-etməməsini bilmirəm"
 
Mətbuatda yayılan xəbərlərə görə. Fransa kubokunun 1/4 final mərhələsində "Lans" - "Monako"  matçı Bakıda baş tuta bilər.
 
Bu məsələyə "Bakı" klubunun rəsmisi Yaşar Seyidov Sportal.az-a açıqlamasında aydınlıq gətirib:
 
"Bu barədə də çox məlumata sahib deyiləm, amma  bu prosedurun qaydalarını deyə bilərəm.Bunun üçün hər iki klub ("Lans" və "Monako") Fransa Futbol Federasiyasına müraciət etməlidir ki, oyun Bakıda keçirilsin. Fransa Futbol Federasiyası bu müraciəti müsbət qarşılasa,  o zaman AFFA-ya müraciət edilir ki, bu oyunun Bakıda keçirilməsinə icazə versin. AFFA icazə verdikdən sonra bu qarşılaşma Bakıda keçirilə bilər. Klubların Fransa Futbol Federasiyasına müraciət edib-etməməsini bilmirəm".

Xəbər xətti