Millimiz son dəqiqələrdə qələbə qazandı

00:15 - 21 Fevral 2014

İsveçrə klubu məğlub oldu
 
Antalyada təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət yığma komandamız bu gün yoxlama oyunu keçirib.
 
Sportal.az xəbər verir ki, millimizin rəqibi İsveçrənin "Qrashopper" klubunun U-19 komandası olub. Oyunu türkiyəli hakimlər idarə edib. Yığmamız oyunun əvvəllərində Enes Keskin və Qara Qarayevin qolları ilə 2:0 hesabı ilə önə keçsə də, sona yaxın üstünlüyü əldən verib. Lakin son dəqiqələrdə Səid İbadovun vurduğu qol millimizə qələbə qazandırıb - 3:2.
 
 
Yoxlama oyunu
20 fevral
 
19.30 Azərbaycan U-17 - Qrasşopper U-19 (İsveçrə) 3:2
Qollar:Enes Keskin, Qara Qarayev, Səid İbadov.

Xəbər xətti