"Qarşımızda Avropa çempionatının ilkin seçmə mərhələsini adlamaq vəzifəsi var"

11:08 - 21 Fevral 2014

Mirbağır İsayev: "Tapşırıqların yerinə yetirilməsindən razı qaldım"
 
“Əsas məqsədimiz təlim-məşq toplanışına dəvət alan futbolçuları çətin oyunlarda sınayıb yığma komanda üçün nə dərəcədə səmərəli olduğunu müəyyənləşdirməkdir. Qarşımızda Avropa çempionatinin ilkin seçmə mərhələsini adlamaq vəzifəsi var".
 
Sportal.az xəbər verir ki, bu sözləri 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Mirbağır İsayev deyib. İşayev İsveçrənin "Grasshopper" klubunun U-19 komandası arasında keçirilmiş yoldaşlıq oyunu ilə bağlı fikirlərini bildirib:
 
"Oyunla bağlı onu deyə bilərəm ki, səhər məşqində verdiyim tapşırıqların meydanda yerinə yetirilməsindən razı qaldım. Məni sevindirən məqamlardan biri isə son saniyələrdə Səid İbadovun qol vurub oyunun qəhrəmanı olmasıdır”.

Xəbər xətti