Millinin heyətində dəyişiklik: "Anji"nin futbolçusunu "Neftçi"li əvəzlədi

17:34 - 21 Fevral 2014

Aqşin Qurbanlı yığma komandaya dəvət aldı
 
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının fevralın 24-dən 28-ə qədər Bakı şəhərində keçiriləcək təlim-məşq toplanışı üçün açıqlanmış heyətində dəyişiklik edilib.
 
Sportal.az xəbər verir ki, zədəli olduğu üçün Şahban Cəbrayılov (Anji, Rusiya) heyətdən çıxarılıb. Onun əvəzinə yığmanın hazırlıq prosesinə "Neftçi" klubundan Aqşin Qurbanlı dəvət olunub.

Xəbər xətti