"Əgər Böyükağa Hacıyev belə deyibsə, deməli nəsə bilir" MÜSAHİBƏ

14:13 - 22 Fevral 2014

Ruslan Qurbanov: "Neftçi" 4-5 futbolçudan asılı deyil"
 
"Neftçi"nin gənc hücumçusu Ruslan Qurbanovun Sportal.az-a müsahibəsi:
 
- “İnter”lə oyuna şərh verərdin...
- Ağır oyun oldu, komandamız yaxşı oynadı və sona qədər mübarizə apardıq. “İnter”i məğlub etməliydik, amma alınmadı. Buna görə çox üzgünük, amma artıq bu oyunu unudub irəlidəki oyunlara baxmalıyıq
 
- Son iki matçda komandanın 4-5 əas futbolçusu oynamadı və komandanız vacib xallar itirdi..
- “Neftçi” 4-5 futbolçudan asılı deyil, bizdə bu futbolçuları əvəzləyə biləcək futbolçular var. Düzdür, bu itkilər ciddi itkilərdir,  ancaq bunlar xal itkilərinə cuzi təsir elədi
 
- “Bakı” və “İnter”lə oyunda yetəri qədər qol epizodlarınız oldu, ancaq lazım olan qolu vura bilmədiniz. Bunun səbəbini nədə görürsünüz ?
- Mən öz adıma danışmaq istəyirəm, “Bakı” ilə oyunda bir epizodda başla dəqiq oynaya bilmədim, “İnter”lə matçda isə bir epizod oldu və həmin epizoddan layiqincə istifadə etdim. Ancaq mənim qol vurmağım mənim üçün elə də önəmli deyil, əsas odur ki, qalib gəlib mövsümün sonunda da çempion olaq.
 
- Son oyunlarda Melvin Platye bir çox yüzfaizlik qol epizodunu boşa verdi. Onun yerinə sən oynasaydın daha effektiv olmazdı ?
- Bu suala ancaq baş məşqçi cavab verə bilər. Melvin yaxşı futbolçudur, sadəcə onun uyğunlaşması üçün vaxt lazımdır. Mənə qaldıqda isə, mən komandaya həmişə kömək etməyə hazıram. Baş məşqçi şans versə, bütün etimadları doğrultmağa çalışacam.
 
- Sabah “Sumqayıt”la qarşılaşacaqsınız və baş məşqçi bu oyunda cavanlara şans verəcəyini bildirib...
- Biz bu oyunda qələbə üçün nə lazımdırsa onu edib üç xalı qazanmağı fikirləşirik. Digər nəticələr bizi qane etmir. Əgər baş məşqçi belə deyibsə, deməli nəsə bilir.
 
- Hazırda lider “Qarabağ”la 6 xal fərqi var. Artıq çempionluğun əldən getdiyini demək olar ?
- Bu barədə danışmaq üçün hələ tezdir. Qarşıda 16 tur var, bu turların hər birində vəziyyəti dəyişdirə bilərik. İnşallah, bu il ardıcıl 4-cü çempionluğumuz qeyd edəcəyik.
 
Yusif HÜSEYN

Xəbər xətti