"Qələbə qazanıb turnir cədvəlindəki mövqeyimizi yaxşılaşdırmağa çalışacağıq"

14:45 - 22 Fevral 2014

Rəşad Sadiqov: "Rəqibə hörmətlə yanaşırıq"
 
“Sumqayıt” la oyuna yalnız 3 xal üçün çıxacağıq. Bundan sonrakı görüşlərdə hər xal qızıl dəyərindədir."
 
Sportal.az xəbər verir ki, bu sözləri “Neftçi”-nin kapitanı Rəşad Sadiqov klubun rəsmi saytına açıqlamasında deyib. Sadiqov "Sumqayıt"la qarşılaşmaya toxunub:
 
"Rəqibə hörmətlə yanaşırıq. “Sumqayıt” klubu əsasən gənc futbolçulardan təşkil olunsa da, mübarizliyi ilə seçilən komandadır. Qələbə qazandığımız səfər matçında da rəqib yaxşı təsir bağışlamışdı. Bu səbəbdən də “Sumqayıt”la qarşılaşmada var gücümüzlə oynamalıyıq. Qələbə qazanıb turnir cədvəlindəki mövqeyimizi yaxşılaşdırmağa çalışacağıq”.

Xəbər xətti