Flavinyo: "Əgər qələbə qazanmaq istəyiriksə..."

14:52 - 22 Fevral 2014

"Onların yoxluğunu hiss etdirməməyə çalışacağıq"
 
“Neftçi” PFK-nın futbolçusu Flavinyo klubun rəsmi saytına açıqlama verib.
 
Sportal.az xəbər verir ki, o, bunları dilə gətirib:
 
“Son oyunlarda istədiyimiz nəticələri qazana bilməmişik. Bununla belə məqsədimiz dəyişməyib. Sona kimi yalnız çempionluq uğrunda oynayacağıq. “Sumqayıt” klubunun turnir cədvəlində hansı mövqedə qərarlaşması vacib deyil. Əgər qələbə qazanmaq istəyiriksə, axıra kimi mübarizə aparmalıyıq. Düzdü, əsas heyətdən Mahir Şükürov, Bruno Bertuççi və Karlos Kardoso cəzalı olmaları səbəbindən bu matçda meydana çıxa bilməyəcəklər. Bununla belə onların yoxluğunu hiss etdirməməyə çalışacağıq. Səfər oyunu olmasına baxmayaraq inanıram ki, qələbə qazanacağıq”.

Xəbər xətti