"Liderliyimizi qorumaq üçün mütləq qələbə qazanmalıyıq"

00:06 - 23 Fevral 2014

"Araz-Naxçıvan" Şamaxıda məskunlaşdı
 
"Araz-Naxçıvan" PFK Azərbaycan I Divizionunun 18-ci turunda qarşılaşacaq "Ağsu" ilə matçın hazırlıqlarına yekun vurub.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Əsgər Abdullayevin yetirmələri dünən saat 17:00-da Ağsu şəhər stadionunda son məşqinə çıxıb. "Qırmızı-ağlar" son məşqdən sonra məskunlaşdığı Şamaxıya qayıdıb və oyunun başlama saatını gözləyir. Komandanın heyətində yeganə itki isə ötən tur qırmızı vərəqə alan David Janalidzenin oynamamasıdı. Bu oyunun əhəmiyyətinin böyük olduğunu vurğulayan futbolçular açıqlamalarında bunları dilə gətiriblər:
 
Azər Məmmədov: "Bu görüşdə bizə vacib olan 3 xalı qazanmaqdı. Bunun üçün meydanda sonadək mübarizə aparacağıq. Qalib gələcəyimizə inanıram. Zədəmə gəlincə, artıq tam olaraq bərpa etmişəm və baş məşqçi şans verərsə, meydana çıxıb komandam üçün əlimdən gələni edəcəm".
 
Mikayıl Rəhimov: "Ağır oyun olacağını bilirik və buna görə hazırlaşmışıq. Liderliyimizi qorumaq üçün mütləq qələbə qazanmalıyıq ki, bura da 3 xal dalınca gəlmişik. Komandada hər şey qaydasındadı. Saədəc meydana çıxıb qələbə qazanmağımız qalır ki, bunun da öhdəsindən gələcəyimizə inanıram".

Xəbər xətti