Milli komandamızın rəqibləri məlum oldu YENİLƏNİB

15:59 - 23 Fevral 2014

"Avro-2016"nın püşkü atılır
 
Bu gün 2016-cı ildə Fransada təşkil olunacaq futbol üzrə Avropa çempionatının seçmə mərhələsinin püşkü atılacaq.
 
Sportal.az xəbər verir ki, Nitsa şəhərində baş tutacaq püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
 
Püşkatmada iştirak edəcək 53 komanda UEFA-nın reytinq siyahısına uyğun olaraq 6 səbətə bölünüb. Azərbaycan milli komandası V səbətdə yer alıb. 
 
Püşk zamanı isə komandalar hərəsində 6 yığma olmaqla 8 qrupa bölünəcək. Lakin sonuncu - 9-cu qrupda 5 komanda final mərhələsinə vəsiqə qazanmaq uğrunda yarışacaq.
 
Avropa çempionatları tarixində ilk dəfə olaraq "Avro-2016"nın final mərhələsində 16 deyil, 24 komanda iştirak edəcək. Bu isə o deməkdir ki, seçmə mərhələni ilk iki pillədə başa vuracaq yığmalar birbaşa final mərhələsinə vəsiqə qazanacaqlar. Seçmə mərhələni üçüncü bitirəcək milli komandalar isə pley-off oyunlarından sonra bu hüquqa yiyələnə biləcəklər.
 
Qeyd edək ki, bəzi ölkələr arasında mövcud olan diplomatik gərginlik səbəbindən Azərbaycanla Ermənistan, İspaniya ilə Cəbəllütariq və Rusiya ilə Gürcüstan yığmaları eyni qrupda yer ala bilməyəcək.
 
A qrupu: Hollandiya, Qazaxıstan,İslandiya, Latviya, Türkiyə, Çexiya

B qrupu: Bosniya və Hersoqovina, Andora, Kipr, Uels, İsrail, Belçika

C  qrupu: İspaniya, Lüksemburq, Makedoniya, Belarus, Slovakiya, Ukrayna

D qrupu: Almaniya, Cəbəlütariq, Gürcistan, Şotlandiya, Polşa, İrlandiya

E qrupu: İngiltərə, San Marino, Litva, Estoniya, Sloveniya, İsveçrə

F qrupu: Yunanıstan, Farer Adaları, Şimali İrlandiya, Finlandiya, Rumıniya, Macarıstan

G qrupu: Rusiya, Lixtenşteyn, Moldova, Monteneqro, Avstriya, İsveç,

H qrupu: İtaliya, Malta, AZƏRBAYCAN, Bolqarıstan, Norveç, Xorvatiya

I qrupu: Portuqaliya, Ermənistan, Serbiya, Albaniya, Danimarka

 

 
 
1. İspaniya, Almaniya, Hollandiya, İtaliya, İngiltərə, Portuqaliya, Yunanıstan, Rusiya, Bosniya və Herseqovina
 
2. Ukrayna, Xorvatiya, İsveç, Danimarka, İsveçrə, Belçika, Çexiya, Macarıstan, İrlandiya
 
3. Serbiya, Türkiyə, Sloveniya, İsrail, Norveç, Slovakiya, Rumıniya, Avstriya, Polşa
 
4. Çernoqoriya, Ermənistan, Şotlandiya, Finlandiya, Latviya, Uels, Bolqarıstan, Estoniya, Belarus
 
5. İslandiya, Şimali İrlandiya, Albaniya, Litva, Moldova, Makedoniya, Azərbaycan, Gürcüstan, Kipr
 
6. Lüksemburq, Qazaxıstan, Lixtenşteyn, Farer adaları, Malta, Andorra, San-Marino, Cəbəllütariq

Xəbər xətti