"Onların hər biri mənim gözümdə igiddirlər"

18:58 - 23 Fevral 2014

Milinko Pantiç: "Neyləyim ki, "İnter" futbol oynamaq istəmir"

 

"Yaxşı oynadıq. Bütün komponentlərdə rəqibdən üstün idik. Mən neyləyim ki, "İnter" futbol oynamaq istəmir. Bəlkə də, məşqçinin taktikası budur".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Bakı"nın baş məşqçisi Milinko Pantiç deyib. Pantiç yetirmlərinə tərif yağdırıb:

 

"Tarix təkrarlandı, ilk dövrədə də biz oynamışdıq, rəqib meydanın mərkəzini keçərək, bir qol vurmuşdu. İndi də biz oynadıq, rəqib bir xal qazandı. Komandanın aparıcı üzvlərindən bir neçəsi sıradan çıxıb. Dünən də Horvartın hərarəti yüksək olduğundan bu qarşılaşmada çıxış etmədi. 5 qol epizodundan istifadə edə bilmədik. Futbolçularımı təbrik edirəm. Onların hər biri mənim gözümdə igiddirlər."

Xəbər xətti