Qurban Qurbanov: "Son zamanların ən çətin oyununu keçirtdik"

19:24 - 23 Fevral 2014

"Topu rəqibə verdikdə daha çox güc sərf edirik"
 
“Son zamanların ən çətin oyunu idi. “Simurq” bir çox rəqiblərdən üstün oynayır. Çox səhvlər etdik bu oyunda, çox top itirdik".
 
Sportal.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib. Qurbanov "Neftçi" ilə oyuna hazır olmalarını da fikirlərinə əlavə edib:
 
"Yaradıcı futbol göstərə bilmədik. Qol imkanları buraxılan səhvlərə görə oldu. Qarşıda “Neftçi” ilə oyunumuz var, futbolçuları bu oyuna qədər tam hazır etməliyik. Topu rəqibə verdikdə daha çox güc sərf edirik”.

Xəbər xətti