"Onların heç biri milli komandamıza güzəşt etməyəcək"

12:29 - 24 Fevral 2014

Tərlan Əhmədov: "İtaliya və Xorvatiya yığmalarının hansı səviyyədə olduğunu hamı yaxşı bilir"
 
"Avro-2016" seçmə mərhələsində milli komandamızın rəqibləri məlum olub. Fransanın Nitsa şəhərində keçirilən püşkatmada yığma komandamız H qrupunda yer alaraq İtaliya, Malta, Xorvatiya Bolqarıstan yığmalarına rəqib oldu. 
 

 

"Neftçi"nin sabiq məşqçisi Tərlan Əhmədov millimizin yer aldığı qrupdakı komandaları dəyərləndirib. Əhmədov Sportal.az-a açıqlamasında 3-cü yer uğrunda mübarizədə Norveç və Bolqarıstan yığmalarını üstələməli olduğumuzu vurlayıb:

 

“Milli komandamız seçmə mərhələdə çətin bir qrupa düşüb. İtaliya və Xorvatiya yığmalarının hansı səviyyədə olduğunu hamı yaxşı bilir. Hər iki komanda dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb. Ona görə də onları müzakirə etməyə dəyməz. Vaxtiylə İtaliya millisinə qarşı oynamışam. İndi daha da güclü komandadır. Xorvatiya millisini üzvləri Avropanın aparıcı klublarında oynayırlar. Norveç ilə Bolqarıstan millisində nəsil dəyişikliyi oldu və yenidən bir komanda formalaşdı. Ona görə də bu komandalar ötən seçmə mərhələlərdə uğur qazana bilmədilər. Hər iki komanda bu dəfə finala vəsiqə qazanmaq üçün mübarizə aparacaq. Onlardan heç biri güzəştə getməyəcək. Maltanı da elə də zəif rəqib hesab etmək olmaz. Onlar da qrupda sonuncu olmamaq üçün mübarizə aparacaqlar. Milli komandamız ötən seçmə mərhələnin son oyunlarında özünü yaxşı tərəfdən göstərdi. Bunun nəticəsində də komandamız xal ehtiyatını artırdı. Əgər qarşıdakı seçmə oyunlarına belə başlasalar sonda 3-cü yer uğrunda mübarizə aparmaq olar. Niyə də olmasın? Buna hər cür şərait də var. Milli komanda istənilən şəkildə təlim məşq toplanışı keçir.

 

Azərbaycan çempionatının səviyyəsi ildən-ilə qalxır. Əvvəllər çempionluq uğrunda iki komanda mübarizə aparırıdısa, indi onların sayı artıb. Millinin üzvləri də klublarında oynayır. Onların öhdəsinə yalnız mübarizə aparmaq düşür. Hər bir işdə mübarizə aparmaq üçün İstək olmalıdır. İstək olandan sonra məqsədə çatmaq olar. Portuqaliya, Slovakiya və Turkiyə kimi güclü milliləri məğlub etmişiksə, deməli İtaliya və Xorvatiyadan da evdə xal qoparmaq olar. Əgər qrupda üçüncü olub pley-offa qatılmaq istəyiriksə,  hər bir komandaya müqavimət göstərməliyik. Nəzərə alın ki, milli komandaya hər cür dəstək var. Mükafatlar yerində, azarkeşlərin dəstəyi də bir yandan. 3-cü yer uğrunda mübarizə aparmaq istəyiriksə, Norveç ilə Bolqarıstan yığmlarını üstələməliyik".

Xəbər xətti