"Bunun üçün bütün rəqiblərimizi öz meydanımızda məğlub etməliyik"

14:35 - 24 Fevral 2014

Cavid Hüseynov: "Qrupumuzda tanış rəqib yoxdur"
 
"Avro-2016" seçmə mərhələsində milli komandamızın rəqibləri məlum olub. Fransanın Nitsa şəhərində keçirilən püşkatmada yığma komandamız H qrupunda yer alaraq İtaliya, Malta, Xorvatiya Bolqarıstan yığmalarına rəqib oldu. 
 
"Bakı"nın və milli komandamzın üzvü Cavid Hüseynov yığmamızın yer aldığı qrupdakı komandaları dəyərləndirib. Hüseynov Sportal.az-a açıqlamasında 3-cü yer uğrunda mübarizədə bütün rəqiblərə evdə qalib gəlməli olduqlarını bildirib:

"İşimiz çətindi. İtaliya yığması bizə tanış rəqib olsa da, artıq heyətləri və baş məşqçiləri dəyişib. Ona görə də deyerdim ki, qrupumuzda tanış rəqib yoxdur. İtaliya və Xorvatiya ilk yerləri tutacağı dəqiqdir.

3-cü yer uğrunda mübarizə aparmaq gücümüz var. Bunun üçün bütün rəqiblərimizi öz meydanımızda məğlub etməliyik. İtaliya və Xorvatiya kimi komandaları doğma meydanımızda dayandıra bilsək, Norveç və Bolqarıstan yığmalarını üstələyə bilərik. Hesab edirəm ki, Bolqarıstan və Norveç komandaları ilə 3-cü yer uğrunda mübarizə aparacağıq və əlimizdən gələni etməliyik ki, pley-offda iştirak edə bilək."

Xəbər xətti