"Spartak" millimizi darmadağın etdi FOTOLAR

19:15 - 24 Fevral 2014

Qarşılaşma 4:1 hesabı ilə Rusiya təmsilçisinin xeyrinə yekunlaşıb
 
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Rusiyanın "Spartak" (Moskva) klubunun əvəzedici komandası ilə yoldaşlıq oyunu keçirib.
 
Sportal.az xəbər verir ki, qarşılaşma 4:1 hesabı ilə Rusiya təmsilçisinin xeyrinə yekunlaşıb. Yığmamızın heyətində Baxşəli Baxşəliyev fərqlənib.

Xəbər xətti