İntizam Komitəsi cəzaları açıqladı: Sapelaya ağır zərbə

13:08 - 25 Fevral 2014

Qapıçı 3 oyun oynamayacaq
 
İntizam Komitəsinin bu gün iclası keçirilib.
 
Sportal.az xəbər verir ki, keçirilən iclasında aşağıdakı qərarlar qəbul edilib:
 
Azərbaycan Premyer Liqasının XXIII turunun AZAL – “Xəzər Lənkəran” matçının 90+1-ci dəqiqəsində AZAL klubunun 3 №-li futbolçusu Aleksandr Şemonayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur
 
Azərbaycan Premyer Liqasının XXIII turunun “Qəbələ” – “Rəvan” matçında “Qəbələ” klubunun 4, “Rəvan” klubunun 7  futbolçusu sarı vərəqə cəzalandığı üçün hər iki klub 1000 manat cərimə olunur 
 
Oyunun 74-cü dəqiqəsində “Rəvan” klubunun 1 №-li futbolçusu Lukas Sapela qeyri-etik jest göstərdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunur 
 
Əvəzedici heyətlərin XXIII turunun “Qarabağ” – “Simurq” matçının 71 dəqiqəsində “Qarabağ” klubunun 8 №-li futbolçusu Elçin Rəhimli idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur 
 
Əvəzedici heyətlərin XXIII turunun “İnter” – “Bakı” matçında “Bakı” klubunun 4  futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 500 manat cərimə olunur 
 
Əvəzedici heyətlərin XXIII turunun “Sumqayıt” – “Neftçi” matçının 87-ci dəqiqəsində “Neftçi” klubunun 5 №-li futbolçusu Rahil Məmmədov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur 
 
Azərbaycan I Divizionunun XVIII turunun “Energetik” – “Göyəzən” matçının 90+2-ci dəqiqəsində “Göyəzən” klubunun 17 №-li futbolçusu Tamerlan Yusifov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
 
Azərbaycan I Divizionunun XVIII “Şahdağ” – “Mil-Muğan” matçında “Mil-Muğan” klubunun 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 100 manat cərimə olunur 
 
Oyunun 42-ci dəqiqəsində “Mil-Muğan” klubunun 5 №-li futbolçusu Samir Babayev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 400 manat cərimə olunur
 
Azərbaycan I Divizionunun XVIII “Bakılı” – “Lokomotiv” matçının 82-ci dəqiqəsində “Lokomotiv” klubunun 17 №-li futbolçusu Salman Altuxanov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur 
 
Oyunun 90-cı dəqiqəsində “Lokomotiv” klubunun 6 №-li futbolçusu Səbayıl Bağırov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 400 manat cərimə olunur 
 
Azərbaycan I Divizionunun XVIII “Qaradağ Lökbatan” – “Turan-T” matçının 90+4-cü dəqiqəsində “Qaradağ Lökbatan” klubunun 10 №-li futbolçusu Timur Dadaşov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 400 manat cərimə olunur
 
Azərbaycan I Divizionunun XVIII MOİK – “Kəpəz” matçının 27-ci dəqiqəsində “Kəpəz” klubunun 7 №-li futbolçusu Elmin Əlizadə ilə MOİK klubunun 16 №-li futbolçusu Azər Nəsirov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 2 yunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 38.1).
 
Azərbaycan I Divizionunun XVIII “Ağsu” – “Araz Naxçıvan” matçının 90+3-cü dəqiqəsində “Araz Naxçıvan” klubunun 4 №-li futbolçusu Fərman Qəmbərov komanda yoldaşını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur
 
Oyunun 90+2-ci dəqiqəsində meydançaya azarkeş  daxil olduğu üçün meydan sahibi klub 500 manat cərimə olunur 
 

Xəbər xətti