Mançini: "Çelsiyə qarşı şansımız çox deyil"

00:16 - 26 Fevral 2014

"O, mənim qurduğum komanda ilə ÇL-i qazandı"
 
“Mourinyo Çempionlar Liqasını ona görə qazandı ki, sərəncamında yaxşı komanda var idi. Həmin komandanı isə mən qurmuşdum. O, mənim qurduğum komanda ilə ÇL-i qazandı”.
 
Sportal.az xəbər verir ki, bu sözləri “Qalatasaray”ın baş məşqçisi Roberto Mançini deyib.
 
İtaliyalı mütəxəssis sabah Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində “Çelsi”yə qarşı keçirəcəkləri oyun barədə danışıb:
 
“Çelsi”yə qarşı şansımız çox deyil. Hətta ev oyunumuzda da. “Çelsi” Avropanın aparıcı klublarından biridir. Qarşıdakı oyun bizim üçün çox mühüm əhəmiyyət kəsb edir. Meydana çıxıb, bacardığımız işi ən yaxşı şəkildə həyata keçirməliyik”. 

Xəbər xətti