"Elxan Məmmədovun açıqlaması yanlış və məntiqsizdir"

15:37 - 26 Fevral 2014

Elçin Cəlilov: "Azərbaycan millisəndə qazanılan pul heç Avropanın orta səviyyədəki komandalarında qazanılmır"
 
 
"Azərbaycan milli komandası AÇ və DÇ seçmə mərhələsində hansı qrupa düşübsə, o qrup bizim üçün çətin sayılır. Güclü və ya zəif qrupa düşməyimiz haqqında təsnifat aparmağımız düzgün deyil, çünki püşkatma zamanı qatıldığımız səbətdən (beşinci səbət) bilinir ki, güclü komandaların yer aldığı qrupa düşmüşük. Bundan başqa , Berti Foqts  6 ildir Azərbaycandadır, başqa bütün yaş qrupları üzrə əcnəbi baş məşqçilər gətirilib. Onların hər birinə istənilən şərait yaradılıb. Əgər milli komandanı sırf yerli futbolçulardan təşkil etsəydilər, mən deyərdim ki, o zaman nəticə tələb etməmək olar. Amma elə deyil, gah Almaniyadan, gah da başqa ölkələrdən futbolçular gətirlir. Əgər Elxan Məmmədov deyibsə, "biz qrupdan üçüncülüklə çıxa bilərik", bu yanlış və məntiqsiz açıqlamadır. Xırda-xuruş qələbələrlə baş qatmaq olmaz".
 
Bu sözləri Sportal.az-a açıqlamasında "futbolpress.az" saytının baş redaktoru Elçin Cəlilov bildirib:
 
O, millimizin AÇ-2016 seçmə mərhələsində yer aldığı qrupu da dəyərləndirib:
 
"Bu qrupdan çıxmaq real görünmür. İtaliya və Xorvatiyanın gücü hər kəsə məlumdur, Bolqarıstan son illərdə futbolu inkişafdadır, Malta Ermənistanın sürətlə getdiyi bir vaxtda onlar üçün baş ağrısı olub. Elə hesab etmirm ki, Azərbaycan AÇ-2016-ya qatılmalıdır. Azərbaycan millisəndə qazanılan pulu heç Avropanın orta səviyyədki komandalarında qazanılmır. Bu pulu haqq etmək lazımdır. Bizim xaricdə legioner həyatı yaşayan bir futbolçumuz var, o da Ruslan Abışov. Millimizin digər üzvləri xaricə getmək istəmirlər. Buna da səbəb orada ağır məşq1lərin olmasıdır, heç kim peşəkarlğının səviyyəsini artırmaq istəmirlər. Millimizin son zamanlar bir az yaxşı nəticələr göstərməsinin səbəbi çempionatda irəliləyişin olmasıdır, burada Foqtsun heç bir rolu yoxdur. O hələ müəyyənləşdirməyib ki, hansı komandalara qarşı hansı taktika ilə oynamaq lazım olduğunu müəyyənləşdirmir. hansısa güclü komandadan xal almaq taktika ilə oynamaq deyil. Azərbaycan çempionatında da qapalı oynayan komandalar liderlərə baş ağrısı ola bilər. Bu futbolun qaydasıdır. Bu açıqlamaların hamısı malalamaqdır, belə malalar da bizi çox geriyə atacaq."

Xəbər xətti