"Butsılarımızı divardan asıb vətəni yağılardan təmizləməyə hazırıq"

22:58 - 26 Fevral 2014

Elvin Yunuszadə: "Onlar əmin olsunlar ki, bu qan yerdə qalmayacaq"
 
“Neftçi”nin futbolçusu Elvin Yunuszadə klubun rəsmi saytına açıqlama verib.
 
Sportal.az xəbər verir ki, o, Xocalı soyqırımı ilə bağlı fikirlərini dilə gətirib:
 
“Xocalı Soyqırımı bizim qan yaddaşımızdı. Həmin günü daim xatırlamalı, ermənilərin törətdiyi vəhşiliyi unutmamalıyıq. Günü sabah Ali Baş Komandanımızın əmri ilə butsılarımızı divardan asıb vətəni yağılardan təmizləməyə hazırıq. Öz adımdan və komanda yoldaşlarım adından Xocalıda yaxınlarını itirmiş bütün insanlara ümumiyyətlə Azərbaycan xalqına başsağlığı verirəm və səbrli olmalarını diləyirəm. Onlar əmin olsunlar ki, bu qan yerdə qalmayacaq. Bu gün bütün komanda ilə “Ana harayı” abidəsini ziyarət etdik. İnşallah təkcə Xocalını yox, bütün işğal altında olan torpaqlarımızı azad edəcəyik”.

Xəbər xətti