Abışov oynadı, "Rubin" məğlub oldu VİDEO

02:11 - 28 Fevral 2014

"Rubin"dən erkən vida
 
Dünən millimizin müdafiəçisi Ruslan Abışovun komandası Rusiyanın Kazan şəhəri təmsilçisi “Rubin” Avropa liqasının 1/16 final mərhələsi çərçivəsində İspaniyanın “Betis” komandasına qarşı cavab oyununu keçirib və 0:2 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.
 
Sportal.az xəbər verir ki, Abışov 75-ci dəqiqədə meydana daxil olub.
 
Xatırladaq ki, İspaniyadakı ilk oyun 1:1 hesabı ilə başa çatmış və futbolçumuz bu oyunun iştirak ərizəsinə salınmamışdı.

Xəbər xətti