"Təəssüf ki, bu cür mərkəzi oyunlarda bəzi xoşağəlməz hadisələr olur"

20:24 - 28 Fevral 2014

Qurban Qurbanov: "Qəbələ” ilə oyunla müqayisədə bu qarşılaşma daha sürətli idi"

 

“Vacib 3 xal qazandıq, gərgin və maraqlı oyun oldu. Oyun ilk dəqiqələrdən yüksək tempdə getdi. 3 top fərqi ilə irəlidə olsaq da, son fitə kimi ehtiyatlı oynadıq. “Neftçi” azlıqda qalmasına baxmayaraq, qol da vurdu. Meydanın hər qarışı uğrunda mübarizə apardıq".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib. Qurbanov Jaba Dvali məsələsinə də aydınlıq gətirib:

 

"Jaba Dvali toplanışın sonuna 3 gün qalmış heyətimizə cəlb olundu. Formasından uzaqdır, tədricən daha yaxşı olacaq. ”Qəbələ” ilə oyunla müqayisədə bu qarşılaşma daha sürətli idi. Qırmızı vərəqə epizodunu aydın görə bilmədim. “Neftçi”yə həmişə hörmətlə yanaşmışam, uğurlarına sevinmişəm. Məğlub olduğumuz oyunlarda da təbrik etmişəm. Bir daha rəqibin oyunçularına əhsən deyirəm. Düşünürəm ki, mübarizə indi qızışır, çempionat inkişaf edir. Təəssüf ki, bu cür mərkəzi oyunlarda bəzi xoşağəlməz hadisələr olur”.

Xəbər xətti