"Fasilədən sonra “Xəzər Lənkəran” komandasının futbolçuları yorulmuşdular"

20:28 - 28 Fevral 2014

Kaxaber Sxadadze: "Son oyunlarda heç-heçə seriyası ilə üz-üzə gəlmişik"

 

“Xəzər Lənkəran” a qarşı keçirdiyimiz bugünkü oyun da həmişəki kimi çox maraqlı alındı. Çox gərgin mübarizə getdi. Yaxşı təsir bağışladıq, amma vurulmuş qoldan sonra bir qədər müdafiəyə oturduq və həmin 12 dəqiqə bizə yaxşı bir şey vermədi. Bu 12 dəqiqə ərzində qol buraxdıq və “Xəzər Lənkəran” hesabı bərabərləşdirdi. Ümumiyyətlə, rəqibin fiziki futbola üstünlük verdiyini, uzun toplarla və yaxud da uzaqdan endirilmiş zərbələrlə uğur qazanmaq istədiyini bilirdik. Müdafiədəni yaxşı qurduq. Ümumiyyətlə, yaxşı təsir bağışladıq.

 

Sportal.az xəbər verir ki, bu sözləri "İnter"in Kaxaber Sxadadze deyib. Sxadadze rəqibin oyunu da şərh edib:

 

"Əfsuslar olsun ki, oyun heç-heçə başa çatdı. Fasilədən sonra “Xəzər Lənkəran” komandasının futbolçuları yorulmuşdular və boşluqlar yaranmağa başladı. Biz bunu bilirdik, lakin əlimizə düşən şansları istifadə edə bilmədik. Son oyunlarda heç-heçə seriyası ilə üz-üzə gəlmişik. Hər oyun, demək olar ki, heç-heçə başa çatır. Mükafatçılar sırasına düşmək və avrokuboklara vəsiqə qazanmaq istəyirik”.

Xəbər xətti