Bəhruz Şirəliyev: "Heç hara getməmişəm"

10:51 - 2 Mart 2014

"Rəhbərlik Sapela ilə danışacaq"
 
"Bu oyunda əsas qələbə qazanmaq idi və qazandıq. Çox gərgin oyun oldu, azlıqda qaldıq, buna baxmayaraq, qələbə topunu vura bildik. Bu qələbə komandamıza əlavə ruh yüksəkliyi verəcək. Biz inanırıq ki, Güvənc Kurtar qarşısına qoyulan hədəflərin öhdəsindən gələcək, rəhbərlik də ona dəstək olur və olacaq da".
 
Bu sözləri Sportal.az-a açıqlamasında "Rəvan"ın vitse-prezidenti Bəhruz Şirəliyev AZALla matçdan sonra bildirib. O, həmçinin Sapela ilə klub rəhbərliyinin görüşəcəyini də bildirib.
 
"Sapela oyundan sonra öz vətəninə yollandı, yaxın zamanda rəhbərlik onunla yüz faiz danışacaq. İki penaltini dəf etdi, ondan sonra lazımsız hərəkət etdi".
 
Şirəliyev son zaman mətbuatda onun komandadan getdiyi barəsində yayılan söhbətlərə rəy bildirdi.
 
"Bu informasiyaların hamısı əsassızdır. Siz də gördünüz ki, mən yenə də komandadayam, heç hara getməmişəm"

Xəbər xətti