Millimizin üzvü oynadı, komandası qələbə qazandı

00:48 - 3 Mart 2014

Rüfət Dadaşov 27 dəqiqə meydanda oldu
 
Futbol üzrə Almaniya Regional Liqasında növbəti turun oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, Rüfət Dadaşovun çıxış etdiyi "Kayserslautern"in ikinci komandası evdə "Ayntraxt"la qarşılaşıb.
 
Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:1. Millimizin üzvü 63-cü dəqiqədə meydana daxil olub.
 
Qeyd edək ki, "Kayserslautern" 36 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Xəbər xətti