"Qarabağ"ın daha bir futbolçusu milliyə dəvət aldı

15:11 - 3 Mart 2014

Aqolli komandadan ayrı düşdü
 
“Qarabağ”ın albaniyalı müdafiəçisi Ansi Aqolli növbəti dəfə millisindən dəvət alıb.
 
Sportal.az xəbər verir ki, iitaliyalı baş məşqçi Canni De Biasi həmyerlisi Pyetro Qedinin çalışdırdığı Malta ilə yoldaşlıq oyunu üçün 19 futbolçunu yığmanın düşərgəsinə çağırıb.
 
Millimizin rəqibi olan Malta ilə martın 5-də Durres şəhərində baş tutacaq yoldaşlıq matçına Aqolli də çağırılıb.

Xəbər xətti