"Mustafa Dənizli komandada öz avtoritetliyi ilə fərqlənir" MÜSAHİBƏ

11:22 - 4 Mart 2014

Emin Quliyev: "Foqtsun fəaliyyəti haqqında danışmaq istəmirəm"
 
"Xəzər Lənkəran"ın məşqçisi Emin Quliyevin Sportal.az-a müsahibəsi
 
- “Xəzər Lənkəran”da işləriniz necə gedir ?
- Hər şey yaxşı gedir, “Rəvan”la oyuna hazırlaşırıq. Son oyunlarda komanda yaxşı oynasa da, qələbə qazana bilmir. Komandada bir az zədəlilər oldu, bu bir az problem yaratdı. İnanıram ki, bu həftə üç xalı qazanıb yenidən qələbələr seriyasına başlayacağıq.
 
- Bir neçə mütəxəssislərlə çalışmısınız. Dənizli digərlərindən nə ilə fərqlənir ki, gəldi komandanı pis vəziyyətdə olmasına baxmayaraq toparlaya bildi ?
- Dənizli yaxşı nəticələr qazanır. O, öz avtoritetliyi ilə fərqlənir, qısacası məşqçidə nə yüksək keyfiyyətlər varsa. Onda rast gəlmək olar. Onun kimi bir mütəxəssislə çalışmaq mənim özümə də ləzzət edir.
 
- Artıq yetəri qədər güclü mütəxəssislərlə çalışdınız. Özünüz baş məşqçi kimi çalışmaq istəmirsiniz ?
- Yox, hələ tezdir. Bir az püxtələşim, daha sonra bu barədə fikirləşərik. 
 
- Siz də bir zamanlar millimizdə forma geyinmisiniz. Millimiz AÇ-2016 seçmə mərhələsində İtaliya, Xorvatiya, Bolqarıstan, Norveç və Malta ilə eyni qrupda yer alıb...
- İnanıram ki, doğma meydanda yaxşı komandaların çoxundan xal ala biləcəyik. Rəqiblərimiz ciddidir, gərək bu oyunlara ciddi hazırlaşasan. Sonda hər şey futbolçuların özündən asılı olacaq.
 
- Özünüz bir məşqçi kimi, Foqtsun Azərbaycandakı 6 illik fəaliyyətini necə dəyərləndirirsiniz ?
- Əgər 6 ildir burdadırsa, deməli məsləhət biliblər ki saxlayıblar. Foqtsun fəaliyyəti haqqında çox danışmaq istəmirəm, bu tsikldən sonra danışaram.
 
- 2000-ci ildə İtaliya ilə qarşılaşmada siz də meydanda olmusunuz...
- Həmin oyunda baş məşqçimiz Vaqif Sadıqov idi. İtaliya iə oyunda yaxşı oynamışdıq, baxmayaraq ki. 2:0 hesabı ilə məğlub olduq. İlk qolu Tərlan Əhmədov və Dmtiriy Kramarenkonun anlaşmazlığına görə buraxmışdıq, ikincini də Del Pyero cərimə zərbəsindən vurmuşdu.
 
- Həmin vaxtda meydanda İtaliya ilə başabaş mübarizə aparmışdınız. Hazırki milli komandamızdan hansı nəticəni gözləmək olar ?
- Bu futboldur, hər şey ola bilər. Bu oyuna yaxşı hazırlaşsalar, burada bir xalda götürmək olar. Hər şey futbolçuların özündən asılı olacaq, 1:0  hesabı ilə də məğlub ola bilər, 3:0 da.
 
- Millimiz bütün qarşılaşmalarda qapalı oyuna üstünlük verir...
- Yığma komandada həm müdafiə, həm də hücum futbolu olmalıdır. Bütün oyunlarda qapalı oyun göstərmək də yaxşı hal deyil, gərək hücum edib qol epizodları yaradasan. Gərək komandada bir taktika olsun, ona uyğun oynayasan. Sırf müdafiə futbolu ilə heç bir nəticə əldə etmək olmaz.
 
Yusif HÜSEYN

Xəbər xətti