"Neftçi" qalibiyyəti "Sumqayıt" futbolçularına nə qədər qazandırdı? ÖZƏL

00:02 - 6 Mart 2014

Rəhbərlik futbolçuların mükafatlarını verib
 
Premyer Liqanın 23-cü turunda "Sumqayıt" doğma meydanda "Neftçi"ni 2:0 hesabı ilə məğlub etmişdi.
 
Sportal.az xəbər verir ki, "Sumqayıt" rəhbərliyi bu qələbəyə görə komanda üzlərinə mükafat paylayıb. Belə ki, 90 dəqiqə meydanda olanlar 750 manat, əvəzetmələr zamanı oyuna daxil olanlar bu məbləğin 75 faizini, qarşılaşmanı ehtiyyat skamyasında izləyənlər isə məbləğin 50 faizini qazanıb. 
 
Qeyd edək ki, mükafatlar artıq komandanın üzvlərinə paylanıb və yaxın günlərdə "Bakı" ilə heç-heçəyə görə də mükafatın veriləcəyi gözlənilir.

Xəbər xətti