Sumqayıtda müşahidə Şurasının ilk iclası keçirilib FOTO

15:42 - 6 Mart 2014

Kamran Quliyev klubun yarandığı tarixdən bu günə qədər olan hadisələrin və görülən işlərin hesabatını təqdim edib
 
2013-cü ilin avqust ayında AFFA-nın İcraiyyə Komitəsinin keçirilmiş iclasında Topaz Premyer Liqasında çıxış edən klublarda İdarə heyətinin yaradılması ilə bağlı qərar qəbul olunub.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bununla əlaqədar olaraq, bir müddət əvvəl "Sumqayıt" Futbol Klubunda Müşahidə Şurası yaradılmış və tərkibi elan edilmişdi. 
 
İlk dəfə olaraq, “Sumqayıt” Futbol Klubunda Müşahidə Şurasının iclası keçirilib. Tədbirdə "Azərikimya" İB-nin Müşahidə Şurasının sədri Muxtar Babayev, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Elgin Həbibullayev, "Azərikimya" İB-nin Həmkarlar İttifaqı Komitəsinin sədri Vaqif Ömərov, "Paşa Həyat Sığorta" ASC-nin İdarə Heyətinin sədri Mürsəl Rüstəmov, Əməkdar məşqçi, SSRİ idman ustası, futbol veteranı Telman Salahov, Azərbaycan Respublikasının fəxri bədən tərbiyyəsi və idman işçisi Abdulla Məmmədov və dəvət olunmuş AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev iştirak edib.
 
Tədbirdə əvvəlcə klubun prezidenti Kamran Quliyev klubun yarandığı tarixdən bu günə qədər olan hadisələrin və görülən işlərin hesabatını təqdim edib. Ardınca "Paşa Həyat Sığorta" ASC-nin İdarə Heyətinin sədri Mürsəl Rüstəmov sponsorluq və əməkdaşlıq çərçivəsində layihələrdən danışıb. Klubun vitse-prezidenti Vaqif Ömərov isə yaradılmış infrastruktur haqqında məlumat verib.
 
İclasda, Müşahidə Şurası klubun rəhbərliyinə klubla və yeni stadionla bağlı təkliflər, sponsorluq layihələrinin hazırlanması göstərişi verib.

Xəbər xətti