Dənizli: "Xəzər Lənkəran"ın əsas problemi ..."

17:17 - 6 Mart 2014

"Rəvan"la oyundan sonra bu seriya yenə təkrarlanacaq"
 
"Son oyunlarda yerli futbolçuların zədələnməsi bizi çətin vəziyyətdə qoydu, onsuz da azəri futbolçuların sayı azdır. Üç futbolçu bu səbəbə görə, müxtəlif mövqelərdə oynadı. Qalib gələ biləcəyimiz matçlarda xal itkiləri üzləşdik. Ən çətin dönəm bizim üçün uğrulu keçdi, vacib qələbələr qazandıq, daha sonra gözləmədiyimiz xal itkiləri ilə üzləşdik.Amma bu itirilmiş xalların əvəzini çıxacağıq. Bizim əsas problemimiz komandada yerli futbolçuların sayının az olmasıdır. Başqa bir problem yoxdur".
 
Bu sözləri Sportal.az-a açıqlamasında "Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizli bildirib. O, "Rəvan"la oyuna da toxunub.
 
"Premyer Liqada ilk qalibiyyətimi  "Rəvan"la matçda almışdım və ondan sonra uğurlu seriyamız var idi. İnşallah, bu matçdan sonra bu seriya yenidən təkrarlanacaq".

Xəbər xətti