"Qarabağ" "Bakı"yla oyuna hazırlaşır

18:22 - 7 Mart 2014

"Qarabağ" - "Bakı" matçı martın 9-da keçiriləcək
 
Premyerliqanın XXV turunda "Bakı"nı qəbul edəcək "Qarabağ" günü tək məşqlə keçirib.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan çalışma 16:30-da start götürüb. Məşqdə millilərdən dönən futbolçular da iştirak edib. 
 
"Qarabağ"  sabah  1 məşqlə `Bakı`yla oyunun hazırlıqlarını tamamlayacaq.
 
Qeyd edək ki, "Qarabağ" - "Bakı" matçı martın 9-u, bazar günü T. Bəhramov adına Respublika stadionunda saat 18:00-da keçiriləcək.

Xəbər xətti